Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





16.03.2011 18:46

Foto-reliz

7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi

4-cü Azərbaycan Beynəlxalq “Ehtiyat hissələri, Aksessuarlar və Xidmət Avadanlıqları” Sərgilərin açılış mərasimi

Foto-reliz
16.03.2011

 

Azərbaycanda avtomobil həvəskarlarının çoxdan gözlədikləri bir hadisə - “AutoShow” 7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi öz işinə başladı. “AutoShow” sərgisi ilə yanaşı, “AutoParts” 4-cü Azərbaycan Beynəlxalq “Ehtiyat hissələri, Aksessuarlar və Xidmət Avadanlıqları” Sərgisi də keçirilir. Bu sərgilər ilk dəfə olaraq yeni “Bakı Ekspo” sərgi mərkəzində təşkil olunub.

Sərginin eksklüziv nümayişi rəsmi açılış mərasimi ilə start götürüb. Açılış mərasimi cənab Xanlar Fətiyev, Milli Məclisin Deputatı və Gəncə və Naxçıvan Avtomobil zavodlarının direktoru, cənab Məhəmmədəli Əfəndiyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyasının Baş Katibi, cənab Kaviz Abdullayev, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin AvtoNəqliyyatServis Departamentinin Rəis Müavini, cənab Fərid Məmmədov, AutoShow sərgisinin təşkilatçısı olan İtesa Kaspian şirkətinin direktoru və səlahiyyətli səfirlərin iştirakı ilə keçirilmişdir.

Qonaqlar avtomobil sahəsi və iqtisadiyyatda olan inkişafdan söz açıb, sərgi işində müvəffəqiyyətlər arzu ediblər.  Açılış mərasimindən sonra qonaqlar sərgini tanımaq məqsədi ilə ziyarət ediblər.

Avtomobil həvəskarları və bu sahənin peşəkarları Azərbaycan, Belarus, Almaniya, Danimarka, İtaliya, Kanada, Çin, Malayziya, Rusiya, Litva, Tayvan, Türkiyə, İsveçrə və Yaponiya kimi ölkələrin də daxil olduğu, ümumilikdə isə dünyanın 14 ölkəsindən 105 şirkət ilə tanış olmaq fürsətini qazanıblar. “AutoShow” sərgisində üç iri sektor fəaliyyət göstərir: minik nəqliyyatı, kommersiya tipli nəqliyyat və bütün növ nəqliyyat vasitələri üçün ehtiyat hissələri və aksessuarlar.

“AutoShow” sərgisinin minik sektoru çərçivəsində yüngül avtomobil istehsalı sahəsində fəaliyyət göstərən dünya istehsalçıları “Hyundai”, “Jaguar”, “Land Rover”, “Volkswagen”, “Nissan”, “Infiniti” və digər şirkətlərin distribütorları bir araya gəldilər. Bu il ilk dəfə olaraq, minik avtomobillərinin yerli istehsalçısı olan Naxçıvan Avtomobil Zavodu da sərgidə iştirak edir. İran şirkəti “Mavi Avto” isə “Saipa” markalı avtomobili nümayiş etdirir.

Sərginin kommersiya sektorunda isə işlənmiş qazlarda zərərli maddələr tərkibini nizamlayan Avro-5 ekoloji standartlara cavab verən yeni nəsil rahat sərnişin avtobusları, həmçinin yedəkçilər, özüboşaldanlar, müxtəlif növ məhsulların daşınması üçün istifadə olunan yarımqoşqular nümayiş olunub.

Avtomobil ehtiyat hissələri “AutoParts” sərgisində nümayiş etdirilir. Burada avtomobil yağları, filtrlər, avtokosmetika və avtomobil kimyasının digər məhsullarının istehsalçıları və distributorları bir araya gəldilər. Qaraj-servis avadanlıqları sahəsində ixtisaslaşmış Rusiya şirkətləri bu ilki sərginin debütantları qismində çıxış edirlər. Kanada istehsalçıları ilk dəfə olaraq sərgidə öz innovasiyalı məhsullarının təqdimatı ilə çıxış edirlər. Bu, avtomobillərin və digər obyektlərin şüşələrinin təhlükəsizliyi və möhkəmliyinin artırılması üçün nəzərdə tutulmuş və zərbə, güclü külək, güllə atəşi, partlayış və yanğın hallarında müdafiəni təmin edən zirehli laminatdır.

“AutoShow” sərgisində əsas hadisələrdən biri isə sözsüz ki, premyeralar və təqdimatların keçirilməsidir. Yüngül avtomobillərin arasında artıq “Hyundai Accent” və “Hyundai Elantra” modellərin təqdimatı keçirilib. Sərgidə həmçinin “Nissan Micra”, “Nissan Maxima”, “Nissan X-trail”, “Infiniti M37” yeni modellərin təqdimat mərasimi keçiriləcək. İlk dəfə olaraq sərgidə kommersiya nəqliyyatı sektorunda dünya premyerası yer tutdu. Azərbaycan ilk ölkə oldu ki, sərgidə TezAuto avtobusu təqdim olundu. Avtomobillərin yaddaqalan təqdimat mərasimlərinin bəxş edəcəyi təəssüratları isə hər gün Bakı Ekspo mərkəzinin xarici meydançasında keçirilən sevimli modellərin test drayvları tamamlayır.

Iteca Caspian LLC şirkəti və onun Britaniyalı tərəfdaşı “ITE Group PLC” şirkəti bu sərginin təşkilatçıları qismində çıxış edirlər. Sözügedən layihə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası tərəfindən rəsmi şəkildə dəstəklənir. “Azerfon-Vodafone” şirkəti isə sərginin telekommunikasiya tərəfdaşı qismində çıxış edir. Sərgi öz işini 19 mart tarixinədək davam etdirəcək.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
VALYUTA MƏZƏNNƏSİ
  18/12/2018 19/12/2018
USD 1.7000 1.7000
EUR 1.9292 1.9349
GBP 2.1461 2.1519
RUR 0.0255 0.0253
HAVA



AutoShow Azerbaijan is Copyright © 2000-2018 Bütün hüquqlar qorunur. Hosted by VebTek